Mayın 2-də "İlham Əliyevin Könüllüləri" İctimai Hərəkatı ilk Respublika üzrə online Zirvə Toplantısını təşkil edib.
Online iclas zamanı 40 şəhər və rayon üzrə fəal vətəndaşlar iştirak edib. İctimai Hərəkatın təsisçisi Teymur Əliyev ilk olaraq açılış edərək görüş iştirakçılarını salamlayıb. Teymur Əliyev İctimai Hərəkatın yaradılma səbəblərindən və görülən işlər haqqında danışıb. Cənab Prezidenti dəstəkləməyin və koronavirus pandemiyası dövründə sıx birləşməyin vacibliyini vurğulayıb. "Biz birlikdə güclüyük!" şüarı altında bütün çətinlikləri arxada qoya biləcəyimizi və uğurlu gələcəyə addımlayacağımızı qeyd edib.
Sonra online görüşdə İctimai Hərəkatın məsul şəxsləri seçilib və onların vəzifələri haqqında məlumat verilib.
"İlham Əliyevin Könüllüləri" İctimai Hərəkatı ilk Respublika üzrə online Zirvə Toplantısında iştirak edən gənclər çıxışlarında öz fikir və təkliflərini bildiriblər. Gənclər yekdilliklə Prezident İlham Əliyevi dəstəklədiklərini və onun apardığı siyasət ətrafında sıx birləşdiklərini diqqətə çatdırıblar.